Bu gün və sabah Çempionlar Liqasında (ÇL) keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ilk olaraq bu gün A, B, C və D qruplarının matçları baş tutacaq.
Maraqlıdı ki, yalnız B qrupunda mərhələ adlayan komandalar bəlli deyil. C qrupunun görüşləri isə formal xarakter daşıyır.
A qrupunda "Ludoqorets”i qəbul edəcək PSJ qələbə qazanarsa, lider kimi mərhələ adlayacaq. ÇL-də yoluna davam edəcək "Arsenal” isə "Bazel”in qonağı olacaq. Əgər "Ludoqorets”lə "Bazel” qrupu eyni xalla tamamlasalar, o zaman birincilər 3-cü yerin sahibi qismində Avropa Liqasına (AL) yollanacaqlar.
B qrupunda son tur öncəsi 3 komanda – "Benfika”, "Napoli” və "Beşiktaş”ın amansız yarışı davam edir. Bu klublardan 2-si ÇL-də, 1-i isə AL-də mübarizəni davam etdirəcək. "Beşiktaş” autsayder "Dinamo”nu səfərdə məğlub edə bilsə, digər görüşün nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqə əldə edəcək. Məğlubiyyət isə istənilən halda "ağ-qaralar”ı Avroliqaya yuvarladacaq. "Beşiktaş” qalib gəlsə və digər matçda bərabərlik qeydə alınsa, o zaman ÇL-lə vidalaşacaq komanda "Benfika” olacaq. "Beşiktaş”ın heç-heçəsi və "Benfika”nın qələbəsi isə "Napoli”ni kənarda qoyacaq.
C qrupunda "Barselona” lider, "Mançester Siti” isə ikinci yerin sahibi kimi 1/8 finala vəsiqəni rəsmiləşdiribsə, Möhnenqladbax "Borussiya”sının da Avropa Liqasında iştirak edəcəyi dəqiqdi. Bu üzdən son turun qarşılaşmalarının heç bir önəmi yoxdu.
D qrupunda da "Bavariya” - "Atletiko” matçı formal xarakter daşıyır. Bu üzdən hər iki komandanın aparıcı futbolçuları qoruması gözlənilir. Son tura PSV-dən 3 xal öndə girən "Rostov” üstünlüyünü Hollandiyada da qorumağı bacarsa, Avroliqada 1/16 finalından mübarizəyə qoşulacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
6 dekabr
A qrupu
23:45. "Bazel” (İsveçrə) – "Arsenal” (İngiltərə)
Baş hakim: Manuel de Souza (Portuqaliya)
23:45. PSJ (Fransa) – "Ludoqorets” (Bolqarıstan)
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)
1. | PSJ | 5 | 3 | 2 | 0 | 11-5 | 11 |
2. | Arsenal | 5 | 3 | 2 | 0 | 14-5 | 11 |
3. | Ludoqorets | 5 | 0 | 2 | 3 | 4-13 | 2 |
4. | Bazel | 5 | 0 | 2 | 3 | 2-8 | 2 |
B qrupu
23:45. "Benfika” (Portuqaliya) – "Napoli” (İtaliya)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
23:45. "Dinamo” (Kiyev, Ukrayna) – "Beşiktaş” (Türkiyə)
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
1. | Benfika | 5 | 2 | 2 | 1 | 9-8 | 8 |
2. | Napoli | 5 | 2 | 2 | 1 | 9-7 | 8 |
3. | Beşiktaş | 5 | 1 | 4 | 0 | 9-8 | 7 |
4. | Dinamo K. | 5 | 0 | 2 | 3 | 2-6 | 2 |
C qrupu
23:45. "Barselona” (İspaniya) – "Borussiya” (Mönhenqladbax, Almaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya)
23:45. "Mançester Siti” (İngiltərə) – "Seltik” (Şotlandiya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
1. | Barselona | 5 | 4 | 0 | 1 | 16-4 | 12 |
2. | Mançester Siti | 5 | 2 | 2 | 1 | 11-9 | 8 |
3. | Borussiya M. | 5 | 1 | 2 | 2 | 5-8 | 5 |
4. | Seltik | 5 | 0 | 2 | 3 | 4-15 | 2 |
D qrupu
23:45. "Bavariya” (Almaniya) – "Atletiko” (İspaniya)
Baş hakim: Klemen Turpin (Fransa)
23:45. PSV (Hollandiya) – "Rostov” (Rusiya)
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
1. | Atletiko | 5 | 5 | 0 | 0 | 7-1 | 15 |
2. | Bavariya | 5 | 3 | 0 | 2 | 13-6 | 9 |
3. | Rostov | 5 | 1 | 1 | 3 | 6-12 | 4 |
4. | PSV | 5 | 0 | 1 | 4 | 4-11 | 1 |
.
