"Arzuedənlər Koalisiyası"nın 26 üzvü Ukraynaya hərbi kontingent göndərilməsində iştirak etməyə hazır olduqlarını bildirib.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenski ilə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 26 ölkə istər quruda, istər dənizdə, istərsə də havada Ukraynada təhlükəsizlik səylərində iştirak etməyi öz öhdəsinə götürüb.

Makron qeyd edib ki, nəhayət, yaxın bir neçə gündə ABŞ-ın təhlükəsizlik zəmanəti çərçivəsində dəstəyi razılaşdırılacaq.

Fransa Prezidenti Rusiyanı yeni sanksiyalarla hədələyib

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı yeni sanksiyalarla hədələyib.

Fransa lideri Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında bu məsələyə toxunub.

O bildirib ki, Rusiya sülh danışıqlarından imtina etməyə davam edərsə, ABŞ-la koordinasiyada yeni sanksiyalar tətbiq ediləcək.

.