Tanzaniya çempionatında "Mbao” klubunun hücumçusu İsmail Mrişo "Mvadui” komandası ilə oyunda ürək tutmasından dünyasını dəyişib.
PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, görüşün 59-cu dəqiqəsində Mrişo rəqibi ilə toqquşandan sonra yıxılıb və ayağa qalxa bilməyib.
Stadionda növbə çəkən həkim briqadası futbolçuya ilk yardım edib, bundan sonra xəstəxanaya aparılıb.
Ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.
.
