Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədov dünyasını dəyişib. 

AzNews.az xəbər verir ki, bu barədə report.az-a nazirin yaxınları məlumat verib.

Məlumata görə, Məmmədovlar sentyabrın 13-də anaları Şirinnaz Məmmədovanın "40” mərasimini keçirib. Bir gün sonra isə 1945-ci il təvəllüdlü Nəriman Məmmədov vəfat edib.

***
9:30

Ziya Məmmədovun qardaşı, sabiq millət vəkili Elton Məmmədov AzNews.az-a açıqlamasında qardaşı Nəriman Məmmədovun bir müddət imiş ki, xəstə olduğunu deyib. 

Bildirib ki, N. Məmmədov doğulduğu Ucar rayonunun Qazıqumlaq kəndində bu gün dəfn olunacaq. 
.