Ötən gecə təqribən saat 1 radələrində "Gəncə Avtovağzal" ASC-nin sədri Namiq Həsənovun oğlu bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xidmətinə çatdırılıb. Vəziyyəti ağır olduğunda o, dərhal əməliyyat olunub.
Zərərçəkən İlqar Həsənov hazırda reanimasiyadadır.
25 yaşlı gəncin bıçaqlanması ilə əlaqədat cinayət işi qaldırılıb. Faktla bağlı araşdırmalara başlanılıb.
.