Ukrayna Rusiya ilə atəşkəs üzrə bütün mümkün danışıqlara hazırdır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa Şurasının iclasının başlanğıcından əvvəl bəyan edib.

V.Zelenski Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birlikdə iclasın başlanğıcından əvvəl jurnalistlərə şərh verib.

Ukrayna lideri, həmçinin bəyan edib ki, bu gün Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş 19-cu anti-Rusiya sanksiyalar paketini alqışlayır.

A.Koşta öz növbəsində bildirib ki, bugünkü iclasın əsas mövzularından biri növbəti iki il üçün Ukraynaya maliyyə yardımı olacaq: "Əgər Rusiya bizim yorulduğumuzu düşünürsə, o yanılır. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bu gün biz 2026-2027-ci illər üçün maliyyə yardımını müzakirə edəcəyik".

.