Ukrayna “Qərb 2025” təlimlərini izləyir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Rusiya texnikasının hərəkətini qeyd edir:

“Bu, əlbəttə ki, müdafiə hərəkətlərinin göstəricisi deyil, Ukrayna və Avropaya qarşı yönəlmiş addımlardır”.

Qeyd edək ki, Rusiya və Belarus sabahdan “Qərb-2025” təlimlərinə başlayır.

.