Zaqatalada yağan güclü yağış səbəbindən yaranan sel suları şəxsi evlərə, həyətyanı sahələrə ciddi ziyan vurub.

Güclü sel nəticəsində ev dağılaraq yarasız vəziyyətə düşüb.

Qeyri-sabit hava şəraiti daha çox Zaqatala rayonunda özünü göstərib. Güclü külək səbəbindən bir-neçə ağac aşıb. Rayonun dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları nəticəsində çaylarda su həddən artıq artıb. Bəzi çaylardan qısa müddətli sel keçib.

Qeyd edək ki, hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Rayonlarda qeyri-sabit hava şəraiti davam edir.

 

.