Fransada oktyabrın 17-də baş vermiş iğtişaşlarla bağlı məhkəmələrdə baxılan işlər üzrə 149 nəfər həbs cəzasına məhkum edilib.

Bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen bildirib.

“Artıq 48 saatdır ki, ölkə ərazisində keçirilən həbslərdən sonra çox sayda işə baxırıq. Məhkəmə iclasları 48 saat ərzində keçirilir. Hazırda 149 nəfər artıq həbs cəzası alıb”, – nazir deyib.

Darmanenin sözlərinə görə, oktyabrın 17-də Fransada talançılar təxminən 3 min mağazanı qarət edib, 2,5 mindən çox insan saxlanılıb.

.