Yevlax rayonunda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub.

Narkotik tərkibli bitkilər rayonun Havarlı kənd sakini Elçin Fətulla oğlu Şərifzadənin həyətyanı sahəsində aşkar edilib. 

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şərifzadə saxlanılıb. Onun həyətinə baxış keçirən zaman məlum olub ki, həmin şəxs 61 ədəd çətənə kolunu xüsusi aqrotexniki qulluq etməklə yetişdirib.
Faktla bağlı araşdırmalara başlanılıb. 

Report.az




 

.