300 metr ölçüsündə olan “2025FA22” asteroidi Yerdən yan keçib və hal-hazırda planetimizdən uzaqlaşmaqdadır.

Bu barədə Rusiyanın Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnsitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçyov danışıb.

“Planet üçün potensial təhlükəli kosmik cisimlərin siyahısına daxil olmuş 130 x 290 metr ölçüsündə olan “2025 FA22” asteroidi bu gün 10.41-də (Bakı vaxtı ilə 11:41-də) Yer və Aydan yan keçib”, -deyə alim bildirib.

Bundan əvvəl alimlər asteroidin Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacağını elan etmişdilər.

.