
ABŞ-ın "Əpl” texnologiya şirkəti yeni nəsil "Ayfon” modellərinin patentini almaq üçün hərəkətə keçib.
Şirkət elastik ekranlı və qatlana bilən yeni modelləri istehsal etməyə hazırlaşır.
Daha öncə "Samsunq” şirkəti də bu növ cihazların üzərində işlədiyini elan etmişdi.
Lakin "Samsunq” bu formları təkcə ağıllı smartfonlara tətbiq etməyi planlaşdırır. "Əpl” isə bu növ cihazları smartfonlarla yanaşı, laptop, tablet və saatlara da tətbiq edəcək.
Qeyd edək ki, sözügedən şirkətlər elastik və qatlana bilən cihaz istehsal etmək istəyən ilk şirkətlər deyil.
Daha öncə "ZTE” şirkəti də "Axon M” adlı qatlana bilən ağıllı telefonunu satışa çıxarmışdı.
.