Yanğın 48 nəfəri çətin vəziyyətə saldı - “Yoldaşım qışqırdı ki, bina yanır, dur” - VİDEO

4,883 oxunub

Paytaxtdakı yanğın hadisəsinin təfərrüatı məlum olub.

ARB TV xəbər verir ki, yanğın hadisəsi paytaxtın Xətai rayonu, Həzi Aslanov qəsəbəsi Qaçalov küçəsi 18 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.

Təxminən gecə saat 3 radələrində binanın dam hissəsində başlayan alov, qısa müddətdə ətrafı cənginə götürüb. Onun tez yayılmasının səbəbi isə binanın qamışdan olmasıdır.

Əraziyə FHN-nin 10 dan artıq yanğınsöndürən maşını və 40-a yaxın canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısının operativ alınması üçün qərərgah yaradılıb.

48 nəfərin yaşadığı 12 mənzildən ibarət binanın dam örtüyü 500 kv.m sahədə tamamilə yararsız hala düşüb. Bir neçə mənzilə isə ciddi ziyan dəyib.

Sakin: "Yanğını görmədik, iyi hiss etdik. Birinci elə mən bilib nəvələrimi götürüb qaçaraq xəbər vermişəm. Camaat başladı çölə çıxmağa".

Sakin: "Yoldaşım qışqıraraq bina yanır, dur dedi. Əynimizə bir palto, bir ayaqqabı taxıb qaçdıq çölə. Heç nə çıxartmadıq".

Hadisə yerinə aidiyyatı qurumların nümayəndələri də gəlib. Məsələ nəzarətə götürülüb.

Razim Məmmədov - Xətai Rayon İcra Hakimiyyətinin başçısı: "Bunlar hamısı qəzalı binalardı və bizdə pilot layihədə var. Gələcək proqramda var ki, bunları söküb yerinə yeni layihəli binalar tikilsin".

Xətai rayonu ərazisində ümumilikdə qaməşdan tikilən və qəzalı vəziyyətdə olan 37 bina var. Yanan binayla yanaşı həmin tikililərdə pilot layihəyə daxil edilib.

Yenizaman.az


.
XƏBƏRLƏR 31-07-2026
18:20 Bank "BTB"nin aktiv və öhdəlikləri ABB-yə ötürülüb
18:15

Ermənistanda Qaqik Tsarukyana məxsus "Ararat" konyak zavodu dövlətin nəzarətinə verilib

18:10 ƏƏSMN sosial məzuniyyətin kimlərə şamil edilməsinə aydınlıq gətirib
18:06 Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - FOTO
18:03 Xəzərin Azərbaycana mənsub bölməsində külək elektrik stansiyalarının tikintisi üçün 711,4 kvadratkilometr ərazi ayrılıb
17:15 Tramp Seutadakı miqrant böhranını ABŞ-ın gələcəyi ilə müqayisə edib
17:10 Baş nazir 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı qərar imzalayıb
17:03 İspaniya: 25 mindən çox miqrant Seutadan Mərakeşə qayıdıb
16:52 Türkiyədə yanğınlara 28 təyyarə, 119 helikopter və 14 PUA cəlb olunub
16:50 İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub - YENİLƏNİB
16:17 DİM magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbini açıqlayıb, qəbul faizi azalıb 
15:58 Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib
15:57 Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
15:39 Mərakeşdən İspaniyaya son 24 saatda 49 minə yaxın miqrant keçib 
15:17 Ursula von der Leyen: Heç kimin qanunsuz Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik
Təqvim