İŞİD-in yandıraraq öldürdüyü iordaniyalı pilotun atası Yusif Kasasbe iki İŞİD-çinin edamınin yetərli olmadığını deyib. 
Musavat.com-un məlumatına görə, ata oğlu Muaz Kasasbenin qanının daha dəyərli olduğunu bildirib.
Yusif Kasasbe diyib: "İordaniya xalqı və İslam bu hadisə qarşısında birləşdi. Muazın öldürülməsi xalqları birləşdirdi. İordaniya hökumətindən bu qatil qrupa son zərbənin vurulmasını istəyirəm. Çünki Muazın qanı ucuz deyil. İŞİD-in bu əməli nə İslam, nə də insani dəyərlərə sığır. Gözləyirdim ki, Muaz aramıza canlı olaraq gəlsin. Onu burada qarşılamağı umurdum. Fəqət indi şəhaqətini qarşıladım.
Buradan İordaniya xalqına başsağlığı verirəm”..