“Baş Nazir artıq xüsusi karantin rejimindən çıxmaqla bağlı qərar imzalayıb”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
İ. Məmmədov bildirib ki, bu, karantin rejimindən çıxışın yumşalması ilə bağlı üçüncü mərhələdir.
“Yumşalma dövründə yoluxma hallarının sayında artım müşahidə olundu. Amma ümumi proses idarə olunandır. Ötən müddət ərzində böyük təcrübə əldə edilib. Aidiyyəti qurumlarda ciddi maddi-texniki baza yaradılıb. Bütün bunlar koronavirusla mübarizə ilə bərabər həyatımızı davam etdirməyə imkan verir. Biz problemlə birlikdə yaşamağa öyrəşməliyik. Ötən dövrdə qoruyucu vasitələrin ölkədə istehsalı da təmin edilib. Bəzi məhsullar üzrə asılılıq azaldılıb, bəzi məhsullardan asılılığı isə tam aradan qaldıra bilmişik”, - deyə İ. Məmmədov vurğulayıb.
"Gündəlik 500 min tibbi maska istehsal edilir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, bu, yerli tələbatı tam təmin etməyə imkan verir: “Ölkədə gündəlik 6 min kombinezon istehsal edilir. Modul tipli xəstəxanaların yaradılması və “Yeni klinika”nın koronavirusla mübarizəyə uyğunlaşdırılıb. Bu problemin öhdəsindən gəlmək üçün tibbi personalımızın maddi-texniki imkanı var.
Xüsusi karantin rejimindən çıxışla bağlı 3-cü mərhələ başlayır
“Məhdudiyyətlərin daha bir qisminin yumşaldılması xüsusi karantin rejimində çıxışla bağlı 3-cü mərhələ hesab oluna bilər”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Ona görə ki, aprelin 27-dən etibarən yumşaldılmanın birinci mərhələsi tətbiq olundu. Mayın 4-dən etibarən isə ölkə sarı və narıncı zonalara bölünərək yumşalma prosesi ikipilləli, ikisürətli, selektiv yanaşma metodu ilə tətbiq edilməyə başladı”, - deyə İ.Məmmədov bildirib
.
