
Fransa yeni Roma Papasının seçilməsi prosesinə müdaxilə etmir.
Bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasının efirində bildirib.
"Diqqət, feyk xəbər! Biz sabah başlayacaq prosesi, yəni konklavu diqqətlə izləyirik, lakin biz heç bir formada müdaxilə etmirik", - o qeyd edib.
Eyni zamanda, o, yeni Roma Papasının fransız olmasında heç bir problem görmədiyini vurğulayıb.
Daha əvvəl İtaliya KİV-ləri Fransa Prezidenti Emmanuel Makronu yeni pontifikin seçilməsinə təsir göstərməyə çalışmaqda ittiham etmişdi. Şübhələrə səbəb Papa Fransiskin ölümündən sonra Makronun Romada fransız kardinalları və “Sant'Egidio” rəhbəri ilə görüşləri olmuşdu.
.