2016-cı il senyabrın 6-da QS reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2016-2017-ci il üçün reytinqini müəyyənləşdirib.
Reytinqdə bu il Azərbaycandan 3 ali təhsil müəssisəsi – Xəzər Universiteti, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti iştirak edib. Reytinq siyahısına görə Xəzər universiteti 701+ yeri, Azərbaycan universitetləri arasında isə 1-ci yeri tutur.
QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir. Bu meyarlar - akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır. Xəzər Universiteti işəgötürənlərin nüfuzuna, beynəlxalq tələbələrin qəbuluna və müəllim-tələbə nisbəti görə də Azərbaycan universitetləri arasında birinci yeri tutub.
Qeyd edək ki, reytinqdə iştirak edən universitetlərin 4000-dən çoxu nəzərə alınıb, 916-sı qiymətləndirilib. Reytinqdə bu il ötən illə müqayisədə daha 25 ali təhsil müəssisəsi qiymətləndirilərək onların sayı 891-dən 916-ya qalxıb.
