Söhbət Getti Qrindən gedir. Onun tam adı Genrietta Haulend Robinsondur, ərə getdikdən sonra həyat yoldaşının «Qrin» soyadını götürür.FaktXəbər-in verdiyi məlumata görə, bu, ilk baxışdan heç kimdən fərqlənməyən qız 1834-cü ildə kifayət qədər zəngin ailədə dünyaya göz açıb. Onun intriqaçı xarakteri artıq uşaqlıq vaxtından özünü göstərməyə başladı.
Balaca qız hər zaman və hər yerdə dava salırdı. Bu səbəbdən o, nə bağçada, nə də məktəbdə uzun müddət qala bilmədi.
Anası Ebbi Haulend tez-tez xəstələndiyindən, Getti 2 yaşından etibarən babasının yanında böyüyüb. Məhz orada da maliyyə qəzetlərinə dadanır. Artıq 6 yaşında o, böyüklərlə bir yerdə səhər yeməyində qəzet oxuyurdu. 13 yaşında o, mühasibat kursunu bitirir və atasının balina ovu ilə məşğul olan şirkətində sənəti üzrə çalışmağa başlayır.
Gettinin hələ gənc yaşlarında baş verən hadisə onun nə qədər xəsis olduğunu göstərdi… Atası qızını Nyu-Yorka gəzməyə yollayır və ona o dövr üçün həddən artıq böyük məbləğ olan 1000 dollar verir. Bu, Genriettanın uşaqlıq arzusu idi. Lakin geri qayıtdıqda, hətta atasını belə şoka salır: Getdiyi geyimdə qayıdan Getti yeni, gözəl paltarlar əvəzinə bank aksiyaları gətirir.
Atasının ölümündən sonra, 29 yaşında Getti 7,5 milyon dollara sahib olur (2010-cu il üçün bu rəqəm 107 milyon dollara ekvivalentdir). Atasının balina ovlayan şirkəti isə əmilərinə keçməli idi. Bu, Genriettaya sərf etmirdi. Biznesin ona məxsus oldduğunu düşünən qızın qarşısını heç kəsə ala bilmir: qohumlarını qorxutmaq üçün, o, hətta gəmilərin bir qismini yandırmaqdan belə çəkinmir.
Sonra xalası ölür və özünün 2 milyonunun qohumlarına və xeyriyyə cəmiyyətlərinə bağışlayır. Genrietta bununla razılaşmır və məhkəməyə müraciət edir. Əlbətə, o uduzur. Lakin Gettinin əsas hədəfi pulu almaq yox, qohumlarının gözünü qorxutmaq idi.
Genrietta xəsisliyindən əziyyət çəkənlərdən biri də xalası nəvələri olub. Xalası qızı xanım Robinson həyat yoldaşı ilə Avropaya gedir və ondan xahiş edir ki, uşaqlarına baxsın. Geri qayıtdıqda o, uşaqlarını tanımır: Onlar aclıqdan və taqətsizlikdən ayaq üstə dura bilmirdilər. Sən demə, Getti nəinki onların yeməklərinə məhdudiyyət qoyubmuş, hətta paltaryuma sexində 14 saatlıq işə məcbur edirmiş.
Öz zənginliyinə baxmayaraq Genriettanın xəsisiliyi getdikcə artırdı: ən ucuz yeməkxanalarda yemək yeyir, nəqliyyatdan istifadə etmir, təkcə bir dənə qara geyimlə kifayətlənirdi.
Məhz bu paltarına görə, jurnalistlər onu «Uoll Stritdən olan güpəgirən» adlandırırdılar.
Həmin dövrlərdə o, uğurlu biznes-ledi olsa da, ərsiz təhlükədə olduğunu anlayırdı. FaktXəbər-in verdiyi məlumata görə, bu səbəbdən, o, 32 yaşında Vermontdan olan milyoner Genri Grinlə ailə qurur.
Mirasa görə yaranan qalmaqaldan sonra Grin ailəsi Londona köçür. Orada onların Edvard Haulend Robinson «Ned» Qrin və qızları Getti Silviya Ann Haulend Qrin dünyaya gəlir.
Öz miylonlarına baxmayarq, ailə yoxsul həyat tərzi sürürdü. Birincisi ər və arvad öz işlərini ayrı-ayrı aparırdılar, ikincisi ailə boş yerə pul xərcləməyi sevməzdi. Onların uşaqlarının hətta oyuncağı belə yox idi.
Ştata qayıtdıqdan sonra cənab Qrinin müflis olduğu üzə çıxır, özü də borclu olduğu şəxs öz arvadı idi. Getti bunu bildikdə boşanma üçün müraciət edir. Buna baxmayaraq, Getti, hər zaman əri ilə münasibət saxlayır və onun üçün qulluqçu tutur.
Qadının xəsisliyinin ən qorxunc nümunəsi isə onun öz doğma oğluna qarşı etdiyi hərəkət olub. Bu hadisə nə paltarların ancaq çirkli yerlərinin yuyulması barədə göstərişə, nə ancaq qırıq peçenye almaq əmrinə, nə də gecələr köhnə ekipajda 2 sentlik marka axtarma xasiyyəti ilə müqayisə olunmur.
Oğlu xizək sürərkən ayağının sındırır. Ancaq Getti özəl həkimə müraciət etmək istəmir və pulsuz həkim axtarışına başlayır. O, tanınmış sima idi: Hər kəs onu üzünə görə olmasa da, köhnə, sürtülmüş paltarına baxaraq, qarşılarındakının kim olduğunu dərhal anlayırdılar. Hamı onun kim olduğu və nə qədr pula malik olduğunu bilirdi, bu səbəbdən kasıblar üçün pulsuz klinikalarda onun oğlunu qəbul etməkdən imtina edirlər.
Uşaq ağrıdan qıvrılırdı, ancaq Getti onun müalicəsinə pul xərcləmək istəmir. Növbəti imtinadan sonra qadın sadəcə bir aptekə girir və ən ucuz ağrıkəsici alır. Xanım Qrinin ev müalicəsi Edvardın ayağının amputasiyası ilə nəticələndi.
FaktXəbər-in verdiyi məlumata görə, hətta ölüm Genriettanın öz xadiməsi ilə mübahisəsi zamanı baş verib. Yağsız südün yağlıdan daha ucuz və keyfiyyətli olduğu barədə polemikanın ən qızğın yerində o insult keçirir.
Genrietta Grin «Dünyanın ən xəsis insanı» kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Ölərkən onun varidatı 100-200 milyon dollar (2014-cü ildə bu 2-4 milyard dollara ekvivalent) idi.
Lakin onun ölümündən sonra Getti Grinin oğlu bədxərclik və əyyaşlıqla, qızı isə xeyriyyəçiliklə məşğul olur. Beləliklə, Gettinin ömür boyu yığdığı övladları tərəfindən dağıdılır….
