ABŞ və İran nümayəndələri arasında danışıqlar İranın mərhum Ali Lideri Seyid Əli Xameneinin dəfnindən sonra baş tutacaq.
Bu barədə məlumatı Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari “X” hesabında açıqlayıb.
Onun sözləriə görə, Qətər və Pakistandan olan vasitəçilər Dohada ABŞ və İran nümayəndələri ilə ayrılıqda görüşlər keçirib. Ənssari danışıqlar prosesində müsbət irəliləyiş olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimi iyulun 4-dən 9-na qədər Qum, eləcə də İraqın Nəcəf və Kərbəla şəhərlərində təşkil ediləcək. Dəfn isə iyulun 9-da Məşhəddə həyata keçiriləcək.
.
