Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Əmircan qəsəbə Mədəniyyət evində tanınmış xanəndə, Xalq Artisti, "Şöhrət","Şərəf" ordenli, Azərbaycan Milli Konservatoriyasının  professoru Mənsum İbrahimovla görüş təşkil olunub.
 
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Tanınmış xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. O, təkcə Məcnunu yox, "Aşıq Qərib"də Qərib və "Gəlin qayası"nda Camal rollarını da yüksək səviyyədə ifa edib. 
 
Mənsum İbrahimov  çıxışında yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib, muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışıb və ona ünvanlanan sualları cavablandırıb.
 
Sonda Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu “Zəfər nəğməsi” ilə çıxış edib. Xanəndə Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança)  müşayiət ediblər.
 

.