Azərbaycanın Xalq artisti, Moskvanın “Bolşoy teatrı”nın solisti Elçin Əzizova Müstəqil Dövlətlər Birliyinin (MDB) “Birliyin ulduzları” mükafatı təqdim olunub.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi mükafatın təqdimat mərasimi bu gün “Paşkov Evi”nin böyük zalında keçirilib.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Fondun icraçı direktoru Anatoli Aksanov və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak ediblər.

Qeyd edək ki, "Birliyin ulduzları" mükafatı Müstəqil Dövlətlər Birliyinin humanitar sahədə yüksək xidmətlərə görə verilən baş mükafatıdır. Hər il təqdim olunan mükafatın məbləği 2 milyon rubldur.

Tədbir çərçivəsində Birliyin debütü mükafatı da təqdim olunub. Azərbaycandan bu mükafata Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov layiq görülüb.

.