İbtidai sinif müəllimliyi, mühasibat uçotu və sair. Belə peşələrin bir çoxu həm kolleclərdə, həm də ali təhsil müəssisələrində tədris olunur. Bu isə sual yaradır ki, "Eyni ixtisas niyə həm ali məktəblərdə, həm də kolleclərdə keçilir və bunları bir-birindən fərqləndirən nədir"

Təhsil Nazirliyinin Elm və Ali Təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirir ki, bu heç bir ziddiyət təşkil etmir. Çünki vəzifə təsnifatında aydın şəkildə göstərilir ki, kollec bitirənlər hansı vəzifədə, ali təhsil alanlar isə hansı vəzifədə çalışa bilərlər.

Sülhəddin Gözəlovun dediyinə görə, Nazirlər Kabinetinin ali və orta ixtisas təhsilinin optimallaşdırılmasına dair yeni qərarı mövcuddur. Bu qərara əsasən kolleclər Avropada olduğu kimi universitetlərin tərkibində birləşir. Bu isə kollecdə təhsil alanlara imkan verəcək ki, təhsillərini növbəti yüksək pillələrdə fasiləsiz davam etdirə bilsinlər.

Təhsil Nazirliyininm sektor müdiri bildirir ki, peşələrin həm kollecdə, həm də ali təhsil müəssisələrində eyniləşdirilməsi prosesi davam edəcək. Məqsəd bir sahənin hər yerdə eyni adla tanınmasıdır.

Təhsil Nazirliyi ali təhsil müəssisələri və kolleclərin birgə fəaliyyətinin təmin edilməsi ilə bağlı iş aparır. Yaxın vaxtarda kolleclərlə universitetlər bir-birilə daha yaxın əlaqədə fəaliyyət göstərəcəklər.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


.