
Knessetin İsrailin İordan çayının qərb sahili üzərində suverenliyinin tətbiq olunması barədə səsvermə keçirməsi “axmaq hərəkət” idi.
APA İsrail mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens İsraildən ABŞ-a yola düşərkən jurnalistlərə açıqlamasında deyib.
O, parlamentin bu hərəkətini qəribə adlandırıb və bu səsvermənin təəccüb doğurduğunu bildirib.
Bunu siyasi şou hesab edən ABŞ-ın vitse-prezidenti səsvermənini tamamilə simvolik xarakter daşıdığını qeyd edib.
Qeyd edək ki, dünən İsrail parlamenti (Knesset) ölkənin İordan çayının qərb sahili üzərində suverenliyini təmin edən qanunu ilk oxunuşda qəbul edib.
.