
Bir zamanlar müəllim işləyən dünya məşhurlarının siyahısını hazırladıq.
.jpg)
1.Silvestr Stallone
"Rocky” və "Rambo” filmləri ilə dünya şöhrəti əldə edən Silvestr aktyor olmadan əvvəl bədən tərbiyəsi müəllimi olub.

2.Barak Obama
Keçmiş ABŞ prezidenti Barak Çikaqo universitetində müəllim işləyib.

3.Candan Erçetin
Məşhur müğənni Erçetin bir müddət "Galatasaray” liseyində musiqi müəllimi işləyib.

4.Billi Kristal
Məşhur komediya ustası Billi kinodan əvvəl müəllimlik edib.

5.Den Braun
Dünya şöhrətli yazıçı kitabları ilə məşhur olmadan əvvəl ingilis və ispan dili müəllimi olub.

6.Hyu Cekman
Hollivud ulduzu Hyu 1987-ci ildə İngiltərədəki Appinqhem məktəbində bədən tərbiyəsi müəllimi işləyib.

7.J.K. Roulinq
"Harri Potter” seriyasının yazıçısı Roulinq Portuqaliyada ingilis dili müəllimi işləyib.

8.Stinq
Musiqiçi Stinq məşhur olmadan əvvəl bir monastrda ingilis dili, musiqi və futbol dərsi deyib.

9.Şener Şen
Şener Şen aktyor olmadan əvvəl Muş vilayətində ibtidai sinif müəllimi olub.

10.Hakkı Bulut
Hakkı Bulut Anadolunun müxtəlif kəndlərində müəllim kimi işləyib. Adana Müəllimlər Məktəbi məzunudur.

11.Zara
İstanbul Texniki Universitetinin türk musiqisi dövlət konservatoriyası məzunu olan Zara bir müddət eyni təhsil ocağında müəllim olub.

12.Stiven King
Əfsanəvi yazıçı Stiven King "Lot” kitabını yazdığı dövrdə gündüzlər müəllim işləyib.(ölkə.az)
.