ABŞ Ukraynada müharibənin nizamlanması ilə bağlı yeni təkliflər hazırlayıb.
Bu barədə “The Economist” məlumat yayıb.
Təkliflər planına Donbasda demilitarizasiya zonasının yaradılması daxildir.
Plan çərçivəsində Rusiyaya sanksiyaların yumşaldılması, ABŞ şirkətləri ilə iqtisadi sazişlərin bağlanması və Vaşinqtonla münasibətlərin normallaşdırılması təklif ediləcək.
Ukraynaya isə NATO-ya üzv olmaqdan imtina etməsi müqabilində investisiyalar və Avropa İttifaqına üzvlük perspektivi vəd olunur.
Bundan əlavə, Rusiya qazının Avropaya tədarükünün bərpası və “Şimal axını” qaz kəmərinin yenidən işə salınması məsələləri də müzakirə edilir.
.
