Vatikanın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən səfirliyinin binasına minomyotdan bomba atılıb. Bu barədə ictimaiyyətə "France Presse" agentliyi məlumat yayıb. Məlumata görə, silahlı hücuma məruz qalmış Vatikan səfirliyinin dam örtüyü sıradan çıxsa da, insan tələfatı qeydə alınmayıb.
Qeyd edək ki, paytaxt Dəməşq şəhərinin mərkəzi hökumətin nəzarətində olsa da, cənub və şərqində müxaliflər tez-tez partlayışlar törədirlər. Vatikan isə dünyada nadir ölkələrdən biridir ki, Suriyadakı səfirliyi hələ də fəaliyyət göstərir.
.