Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci vitse-prezident xanım Mehriban Əliyeva haqqında çöxlu siyasi məqalələr, şeirlər və poema müəllifiyəm.Bu tarixi şəxsiyyətlər haqqında nə qədər yazsam da ilham tükənmək bilmir, çünki onlara olan vətəndaş ehtiramım və məhəbbətim tükənmir. Hər dəfə Mehriban xanım haqqında Azərbaycan bəstəkarlarının mahnılarını dinləyərkən ürəyimdə bir nida səslənirdi:-Mən də əziz bacıma mahnı mətni yazıb, musiqi bəstələtdirməliyəm, özü də Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda.Niyyətin hara, mənzilin də ora deyib atalar. Günlərin bir günü fosebook dostum, Rusiyanın məşhur estrada ulduzu Serqiya Şamberə bu arzumu bildirdim.Ona bu arzumu söyləyəndə,- mənim o xanıma hədsiz məhəbbətim var,-söylədi.-O. həm gözəl xanımdır, həm də xalqını sevən vətənpərvər bir insan.Rusiya estrada ulduzunun Mehriban xanım haqqında ürəkdolusu söylədikləri sanki ruhuma mənəvi qida verdi, məni daha məsuldar olmağa və daha dolğun bir mahnı mətni hazırlamağa ruhlandırdı..
Mən bir həftə ərzində « Azərbaycan qızı» ( Дочь Азербайджана) adlı şeirimin rus variantını ona göndərdim.Şeir Serqiya xanımın olduqca xoşuna gəldi və sabahdan mahnı üzərində işləyəcəyinə söz verdi. O, bu işin nə dərəcədə məsuliyyətli olduğunu dərindən dərk edirdi.-Mahnı elə hazırlanmalıdır ki, Mehriban xanımın ürəyincə olsun, ürəyincə olması üçünsə mən bu mahnıya ürəyimi verəcəyəm ki, əməyimiz hədər getməsin,-dedi. Təqribən 10 gündən sonra onun prodüseri mənə şad xəbər yazdı. Müğənninin göstərişi ilə yazdığı mətndə söylədi ki, artıq mahnı hazırdır və Serqiya şəhərə mahnını diskə köçürtdürməyə getdi.Maraqlı məqam o idi ki, Serqiyanın özünün evində studiyası olsa da mahnı daha effektli olsun deyə o, daha güclü mütəxəssislərin stadiyasında bu mahnını ərsəyə gətirmişdi. Önəmli hal bir də onda idi ki, prodüserinin və başqa dostlarının yaxından köməkliyi ilə Mehriban xanımın fəaliyyətini əks etdirən çoxlu süjetlər kompütürin yaddaşından götürülmüş və təqdim olunan görüntülər sona qədər mahnını müşayət etmişdi. Artıq 5-6 aydır ki, mahnı Serqiya Şamber tərəfindən YOUTUBE-YA qoyulub. Mən ona həmin mahnının Azərbaycanda təqdimatını keçirəcəyimizə də söz vermişəm. Sağlıq olsun.
