Dünya Səhiyyə Təşkilatının (ÜST) Müstəqil Qrupu Çinin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli addım ata biləcəyi halda bunu etmədiyini bildirib.

Bu barədə “Daily Mirror” nəşri məlumat yayıb. 

ÜST mütəxəssislərinin fikrincə, epidemiyanın qlobal miqyasda yayılmasına səbəb ilk günlərdə məlumatların gizlədilməsi olub. 

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada 95 milyon yoluxma qeydə alınıb, 52 milyon insan sağalıb, 2 milyondan çox insan ölüb. 
 

.