Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbəsinin sakini Elmar Dadaşov tutulub. "Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Ondan 2 ədəd "F-1” qumbarası və 2 ədəd "UZQRM” tipli alışdırıcı götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
.