İrana hücum ediləcəyi təqdirdə, ABŞ-ın regiondan uzaqda yerləşən hərbi bazaları hədəfə alınacaq.
“Fars”ın xəbərinə görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi deyib.
O, Yaxın Şərqdə bütün cəbhələrdə, xüsusilə də Livanda müharibənin dayandırılmasının İranın əsas şərtlərindən biri olduğunu bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ölkəsinin elektron müharibə sahəsində nailiyyətlər əldə etdiyini və ABŞ-ın PUA-larına nəzarəti ələ keçirə bildiyini əlavə edib.
.
