"Bir çox ölkələr, o cümlədən Azərbaycan da ÜST-nin tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlayır”.
 
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.
 
ÜST rəsmisi bildirib ki, tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır: "Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”.
 
O Azərbaycan xalqına qoyulmuş qaydalara ciddi riayət etdikləri üçün öz təşəkkürünü bildirib.
 
ÜST: Azərbaycanın koronavirusla bağlı gördüyü işlər öz müsbət təsirini göstərir
 
"Bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1 548 nəfər təşkil edib. Onlardan 948 nəfər sağalıb. İndiyədək ölkədə 20 ölüm halı qeydə alınıb".
 
Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.
 
ÜST rəsmisi bildirib ki, hazırda Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabitdir və yoluxma sayı azalıb.
 
H.Harmancı vurğulayıb ki, Azərbaycanın bu sahədə gördüyü işlər öz müsbət təsirini göstərir: "Bu, əsasən özünü sağalma sayının çoxluğunda göstərir”.
 
Hande Harmancı: "Azərbaycanda yoluxma hallarının azalması bizi sevindirir"
 
"Azərbaycan hökuməti mayın 5-i üçün karantin rejiminin yumşaldılmasından bəhs edir. Bunun üçün hazırlıq işləri görülür. Biz də əlimizdən gəldiyi qədər dəstək göstərməyə hazırıq”.
 
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.
 
ÜST rəsmisi bildirib ki, yaşlı insanların təhlükəsizliyinin təmin edilməsi əsas amillərdən biridir: "Xarici ölkələrdə yaşlı insanların birgə yaşadığı evlər var. Yüngülləşdirmə prosesində bu məsələ orada nəzərə alacaq".
 
Onun sözlərinə görə, Azərbaycanın karantin rejimindən necə çıxacağı qərarı verilən zaman xalqa güvənmək önəmlidir: "Çünki xalq bu əməllərə riayət etməsə, vəziyyət yenidən pisləşə bilər. Aprelin 10-dan bu yana yoluxma sayında azalma görünür. Bu, da bizi sevindirir. Amma yenə də tədbirli olmalıyıq. İnsanlar həftələrcə evdə olmaqdan çox yorulub. Ona görə də karantin rejimindən çıxmaq üçün də ciddi düşünmək lazımdır ki, vəziyyət yenidən pisləşməsin”.
.