UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları bu gün keçiriləcək.

Matçlardan biri İspaniyada, digəri Polşada baş tutacaq.

"Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandası ilə üz-üzə gələcək.

Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" kollektivinin müqavimətini qırmağa çalışacaq.

Xatırladaq ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.

.