“Qalatasaray” heyətini ulduz futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Leao “Qalatasaray”da mövsümə 10 milyon avro maaş alacaq.

“Sarı-qırmızılılar” futbolçunun transferi üçün A Seriyası klubuna 38 milyon avro ödəyəcək. “Milan” həmçinin Rafael Leaonun növbəti satışından əldə ediləcək mənfəətin 20 faizini alacaq.

Qeyd edək ki, Rafael Leao 2019-cu ildən “Milan”ın formasını geyinirdi.

.