İş adamı Nazım Akmandil ilə nikaha girən Esmersoyun toyu İtaliyanın Portofino şəhərində baş tutub.  

Cütlüyün toy mərasimi üç gün davam edəcək. Onlar təxminən 300 qonaq üçün hətta təyyarə belə kirayələyib. Nikah zamanı Burcu sevincindən göz yaşlarına hakim ola bilməyib.  

Əyninə dəbdəbəli, eyni zamanda zərif ağ libas geyinən Esmersoy görünüşü ilə göz qamaşdırıb.  
Qeyd edək ki, Burcu Esmersoy ilk evliliyini italyan iş adamı Massimo Cusimano ilə, ikinci evliliyini isə Berk Suyabatmazla edib. Hər iki nikahın ömrü az olub.  

 

.