Türkiyənin daha iki turizm bölgəsində - Muğlanın Milas rayonunda və Aydın vilayətinin mərkəzi qəsəbəsi Didimdə yanğın başlayıb.

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrədiin Altun ölkənin bir çox yerində baş verən yanğınla əlaqədar böyük miqyaslı araşdırma başlandığını bildirib.

Qeyd edək ki, Muğlanın 13 rayonundan biri olan Milas Bodrum yaxınlığında yerləşir və bölgənin ən çox otellər olan rayonudur.
Muğlanın Marmaris rayonunda baş verən yanğın qısa müddətdə yayılaraq bəzi yaşayış yerləri və otelləri təhlükədə qoyduğu üçün əhalinin və turistlərin köçürülməsi başlanıb.

.