
2021-ci ildə fiziki şəxslər tərəfindən Türkiyədən Azərbaycana həyata keçirilən pul köçürmələrinin həcmi 107,767 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, bu, 2020-ci illə müqayisədə 41,1% çoxdur.
2021-ci ildə fiziki şəxslər tərəfindən Azərbaycandan Türkiyəyə göndərilən pul transfertlərinin həcmi isə 181,483 mln. dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 54,5% çoxdur.
Qeyd edək ki, Türkiyədən Azərbaycana göndərilən transfertlərinin ölkəyə ötən il daxil olmuş pul baratlarının 9,5%-ni təşkil edib.
.