
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı olub.
Ərdoğan deyib ki, İranla nüvə məsələsindəki anlaşılmazlıqların həlli yolu danışıqlar masasından keçir.
Türkiyə Prezidenti bildirib ki, İsrailin İrana hücumu ilə başlayan toqquşma bölgənin təhlükəsizliyinə təhdidi son həddə çatdırıb. Türkiyə lideri əlavə edib ki. bölgədə baş verənlər, eləcə də nüvə sızıntısının ola biləcəyi ehtimalı regiona təhdid yaradacaq.
O, ölkəsinin qarşıdurmanın başa çatdırılması və sabitliyin bərpası üçün səyləri davam etdirəcəyəyini söyləyib.
.