
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, “TEKNOFEST gəncliyi ilə, Şimali Kiprin dörd bir yanında yüksələn əsərlərimizlə, strateji layihələrimizlə inşallah daha neçə-neçə əsrlər boyunca burada olmağa davam edəcəyik”.
Bu barədə “Anadolu Agentliyi“ məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə belə deyib: “Gələcəyin texnologiyalarına istiqamət verən TEKNOFEST gəncliyi ilə, Şimali Kiprin dörd bir yanında yüksələn əsərlərimizlə, böyük bir prinsiplə həyata keçirdiyimiz strateji layihələrimizlə inşallah daha neçə-neçə əsrlər boyunca burada olmağa davam edəcəyik”.
Prezident Ərdoğan bu sözləri keçmiş Ercan Hava Limanında keçirilən və Anadolu Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu, Türkiyənin ən böyük texnologiya festivalı olan TEKNOFEST KKTC-nin Mükafatlandırma Mərasimindəki çıxışında deyib.
Çıxışına Kipr Türk xalqını salamlayaraq başlayan Ərdoğan bunları bildirib:
“Aralıq dənizinin qəlbində, keçmişlə gələcəyin qovuşduğu bu gözəl torpaqlarda sizinlə birlikdə olmağın xoşbəxtliyi içindəyəm. Bu gün Aralıq dənizinin incisindəyik, Şimali Kipr Türk Cümhuriyyətindəyik. Tarixlə, elm və texnologiya ilə yoğrulmuş bir coşqunu hamımız birlikdə yaşayırıq.”
Kipr məsələsi iki suveren dövlət prinsipi əsasında həll olunacaq
Bölünmüş Kipr problemi nəhayətində adada iki suveren dövlətin yaradılması prinsipləri əsasında həll olunacaq.
“Anadolu” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 mayda Şimali Kiprə səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Biz Kipr Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar tərəfindən irəli sürülən iki dövlət əsasında həll prinsipini bütün gücümüzlə dəstəkləyirik. Bu məsələdə töhfə verməyə və konstruktiv yanaşma nümayiş etdirməyə davam edəcəyik. 17–18 mart tarixlərində BMT-nin himayəsi altında Cenevrədə geniş tərkibdə keçirilən qeyri-rəsmi görüşdə qərar verildiyi kimi, Kipr türkləri gec-tez adada suveren bərabərliklərini və bərabər beynəlxalq statuslarını qeydiyyatdan keçirəcəklər", – Ərdoğan bildirib.
Ərdoğanın sözlərinə görə, Türkiyə bu yolda Şimali Kipr Türk Cümhuriyyətinin hər zaman yanında olacaq: "Biz ədalətli, daimi, davamlı və reallıqlara əsaslanan bir həll istəyirik. Bölgəmizdə baş verən hadisələr də bu reallığın artıq qəbul edilməsinin zəruri olduğunu göstərir. Artıq hər kəs anlamalıdır ki, adada iki xalq və iki dövlət mövcuddur".
O əlavə edib ki, Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi davamlıdır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin zəmanətçisidir.
.