“Hərbi qüvvələrin Səudiyyə Ərəbistanına yerləşdirilməsi qanunvericiliyə uyğun həyata keçiriləcək”.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ər-Riyadda keçirilən toplantıda regional proseslər və kollektiv müdafiə tədbirləri müzakirə edilib, Katibliyin ilkin strukturu müəyyənləşdirilib, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı çərçivə müzakirə olunub.
Həmçinin İttifaqın institusional formalaşması istiqamətində mühüm irəliləyiş əldə edildiyi bildirilib.
.
