Gecə saatlarında başlayan həbslər Türkiyənin siyasi partiyalarının da gündəminin əsas mövzusu olub. Ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası 3 millət vəkili olan partiya təmsilçisidən ibarət "Böhran masa”sı yaradıb. Partiyalar içərisindən ilk təpki də CHP-dən gəlib. CHP sədrinin müavini Gürsel Tekin yerli mediaya açıqlamasında "ümid edirəm bu əməliyyat dərin dəhlizlərə qədər gedəcək. Əgər dərin dəhlizlərə gedərsə, bu, Türkiyənin
lehinə olar. Ancaq bu mərhələdə tamamlanarsa, heç bir məna daşımayacaq”.
Tekinin sözlərinə görə, ölkədəki korrupsiyanın səviyyəsini təsəvvür etmək üçün nazir övladlarının həyat tərzini müşahidə etmək yetərlidir: "Bunun üçün müstəntiq, prokuror olmağa gərək yoxdur. Əgər məsələ CHP-yə dəqər uzansa, biz bu məsələdə prokurorluğun araşdlrmalarının nəticəsini gözləyəcəyik. Əməliyyat Kemal Kılışdaroğluna qədər getsə belə. Bu gün Türkiyədə korrupsiya ilə ən çox mübarizə aparanlardan biri elə Kılıçdaroğlu özüdür. Korrupsiya ilə bağlı istənilən əməliyyat CHP-ni məmnun edir”.
Bununla yanaşı G.Tekin övladları korrupsiya ittihamı ilə gözaltına alınan nazirləri istefaya çağırıb: "Gəzi Parkı olaylarında Ərdoğan vətəndaşlara "övladlarınıza sahib çıxın” deyirdi. İndi mən onun nazirlərinə eyni sözləri söyləyirəm”.
CHP başqanının digər müavini Ümid Oran isə baş naziri Ərdoğanı istefaya çağırıb. TBMM-dəki çıxışında o, baş nazirə etimadsızlıq məsələsinin gündəliyə çıxarılmasını təklif edib.
Milliyətçi Hərəkat Patiyasının başqan yardımçısı Oqtay Vural isə TBMM-dəki çıxışından "bunlar yalnız aysberqin görünən hissələridir” deyib:"Biz illərdir AKP-nin korrupsiya içərisində boğulduğunu deyirik. Gəmilər, özəlləşdirmə sənədləri, bunlar indi gündəmə gələn məsələlər deyil. Türkiyə cümhuriyyət tarixində heç bir hökumət AKP hökuməti kimi korrupsiya və rüşvətə qarışmayıb”.
.