Türkiyənin Dini İşlər üzrə İdarəsinin (Diyanet) rəhbəri Mehmet Germez müxalifət partiyaları və ictimaiyyət tərəfindən kəskin tənqiddən sonra 1 milyon türk lirəsinə əldə edilmiş (təxminən 435 min dollara) xidməti "Mercedes S-class” avtomobilindən imtina edib.
Oxu.az bildirir ki, Germez "Haberturk"-ə verdiyi müsahibəsində deyib: "Bu avtomobil mənim üçün qəbirə çevrilib. Bir dəfə də olsun bu maşından istifadə etməmişəm və onu nümunə olmaq üçün geri qaytarıram”.
O, avtomobilin alınmasına dair xəbərin qızğın müzakirəsini "Diyanetə kölgə salmaq kampaniyası” adlandırıb.
Qeyd edək ki, Diyanet dövlət orqanı kimi Türkiyədə 1924-cü ildən mövcuddur. Ona konstitusiyanın ayrı bəndi həsr edilib, bu bəndə görə, Türkiyə sivil dövlətdir. İdarənin yalnız Türkiyədə deyil, eləcə də bütün dünyada mövcud olan illik dövriyyəsi 2 milyard dollardan artıqdır.

.