Ötən gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində ölkədə fəaliyyət göstərən turizm şirkətləri bu gündən etibarən xaricə səyahət xidmətlərininqiymətini təxminən adekvat məbləğdəqaldırıb.

"Report"un mövzu ilə bağlı turizm şirkətləri arasında keçirdiyi mini-sorğunun nəticəsində məlum olub ki, bir çox yerli turoperatorlar mövcud vəziyyətlə əlaqədar olaraq həm turların, həm də aviabiletlərin qiymətini artırıb. Şirkətlərdə artıq bron edilən turpaket və biletlərdən imtina halları da müşahidə olunur.

"OK Tours" şirkətindənbildirilib ki, bu gündən bilet və turpaketlər artıq cari valyutaməzənnələrinəuyğun olaraqyeni qiymətlə satılır: "Təbii ki, turları və biletləri dollarla sifariş etdiyimiz üçün dünənə qədər 1,05 AZN/USD məzənnəsi iləsatırdıq. Bu gündən isə hesablaşmalarartıq 1,55 AZN/USD məzənnəsi ilə aparılır.Bütün turizm şirkətlərində qiymətlər bu cür tənzimlənir.Valyutanın bahalaşmasıödənişi tam həyata keçirən müştərilərə aid deyil.Ödənişin yarısını edən müştərilər isə pulun qalan hissəsini artıq yeni məzənnə ilə etməlidir.Artıq11 nəfər bu turpaketlərdənimtina edib".

"7 Days” turizm şirkətidə bu gündən satışıyeniqiymətlə aparır: "AZAL satışı necə həyata keçirirsə, bizdə də həmin qaydalar tətbiq edilir. Dünənə qədər 50% ödənişlə satılan bir turpaketdən müştəri bu gün dolların bahalaşmasısəbəbindən imtina edib. Bileti bron edən zaman müştəriyə xəbərdarlıq edirik ki, məzənnə tez-tez dəyişir və bu gün sifarişlə, məsələn, 300 manata aldığı biletin qiyməti digər 50%-i ödəyənə qədər dəyişəbilər. Əslində, burada heç bir təəccüblü hal yoxdur, çünki bundan əvvəldə bütün xarici tur və biletlərin qiyməti dollar və avro ilətənzimlənib”.

"Regea Travel” şirkətiisə qiymətlərin yeni məzənnə ilə tənzimlənməsi üçün müvəqqəti olaraq xariciturpaketlərin satışını dayandırıb: "Dünən şirkətimiz iki bilet satıb və bunun qiyməti köhnə məzənnə ilə hesablanıb. Əvvəlcədən ödəniş edənlər yox, amma bron edən müştərilərdən iki nəfər bu gün turpaketdən imtina edib. Brondan imtina edənlərin cərimə faizləri çıxıldıqdan sonra ödənişin qalan hissəsi geri ödəniləcək”.

"Millennium Tourism and Congress DMC” şirkətindənxarici turpaketlərin qiymətinin məzənnədən asılı olduğunu qeyd ediblər: "Turizm şirkətlərində qiymətlər avtomatik olaraq məzənnəyəgörə dəyişir. Bundan əvvəldə qiymətləri günün məzənnəsinəuyğun tənzimləyirdik. Əgər müştərinin vaxtında etdiyi dollarlaödənişi şirkət gecikdirirsə, bu zaman valyutanın bahalaşmasınəticəsində əlavə xərci də turoperatorödəyir. Müştəri 50% ödəniş etdiyi turpaketdən özü imtina etdiyi halda, hotelin və ya digər ödənişli əməliyyatların cəriməsi ödənilən vəsaitdən çıxıldıqdan sonra qalan hissəsi qaytarılacaq”.

Xatırladaq ki, dünən Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə ötən günMərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib.
.