Tunisin bir sıra şəhərlərində keçirilən etiraz aksiyaları nümayişçilər və polislər arasında qarşıdurma ilə nəticələnib.
Qafsa mədən şəhərində aksiyaçılar qubernatorun otağına girməyə çalışıblar, sonra isə hakim "Ən Nahda" partiyanın mənzil qərargahına hücum çəkiblər.
Silyana şəhərində nümayişçilər təkərləri yandırıblar və polislərə daşlarla hücum ediblər. Qarşı tərəf də öz növbəsində gözyaşardıcı qazdan istifadə edib.
Etirazçılar bildirirlər ki, hökumət iqtisadiyyatı dirçəldə bilmədi və əyalət şəhərlərinin sakinlərinin tələblərinə əhəmiyyət vermirlər.
.