
ABŞ Prezidenti Donald Tramp bu ilin sonuna kimi Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulacağını düşünür.
O, bu barədə “Time” jurnalına müsahibəsində danışıb.
“Düşünürəm ki, biz buna çox yaxınıq. Səudiyyə Ərəbistanı Kralına böyük hörmətim var, bildiyiniz kimi, bizim çox yaxşı münasibətimiz var. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı “İbrahim razılaşmaları”na gedən yola rəhbərlik edəcək. Bu böyük məsələdir. Bayden bu razılaşmaları çətinləşdirməkdən başqa bir iş görməyib. Bilirsiniz möhtəşəm nüans nədir? Razılaşmalarda 4 ölkə var və onların heç biri bu razılaşmaları tərk etməyib”, - Tramp vurğulayıb.
ABŞ lideri 6 ay ərzində “İbrahim razılaşmaları”na digər Ərəb ölkələrinin də qoşula biləcəyini qeyd edib.
.