Amerikalı müğənni Teylor Svift 2022 “American Music Awards”da “İlin artisti” mükafatını qazanıb.

Bu barədə Los-Ancelesdə baş tutan mərasimin təşkilatçıları məlumat veriblər.

“İlin artisti” adına digər namizədlər Harri Stayls, Adel, Obri Dreyk Qrem (Drake), “The Weeknd”, Beyons və “Bad Bunny” idi.

Amerika musiqi mükafatları mərasimi “American Music Awards” 1973-cü ildə təsis edilib. Mükafat musiqi məhsullarının istehlakçıları arasında keçirilən internet səsverməsinin nəticələrinə əsasən verilir. Bu prinsip hər bir ifaçının real populyarlıq səviyyəsini əks etdirdiyi üçün ən obyektivi hesab olunur. Namizədlər albomlarının satışı, videokliplərin, qastrolların və konsertlərin baxış sayı, həmçinin sosial şəbəkələrdəki aktivlik nəzərə alınmaqla müəyyən edilirlər.

 

.