Kamerunla Nigeriya sərhəddində "Boko Haram” qruplaşmasının yaraqlıları 12 nəfəri edam ediblər.
Yenizaman.Az Anspress.com-a istinadən xəbər verir ki , "Gazeta.ru” qeyd edir ki, yaraqlılar 20 yerli sakini də girov olaraq götürüb.
Bundan əvvəl məlum olmuşdu ki, Benin, Kamerun, Niger, Nigeriya və Çad birləşərək 8 700 əsgəri yaraqlılarla mübarizə aparmaq üçün hərbi münaqişələrə cəlb edib. Bu "Boko Haram” qruplaşmasının yeni istiqamətdə apardığı fəaliyyətini sonra baş verib.
"Boko Haram” artıq şəhərləri və kəndləri ələ keçirərərk nəzarət ərazisini genişləndirmək niyyətindədir. Terrorçular az mühafizə olunan kəndlərə hücum edərək onlarla qadın və uşaqları girov götürür.
.
