Təhsil Tələbə Kredit Fondunun faizləri simvolik olacaq.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, sosial həssas ailələrdən olan tələbələrə verilən krebditlərin faiz dərəcəsi çox aşağı simvolik faizlərlə 1-2 faiz olacaq.

O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq: “Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi daha çox insanın, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin"

Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən krebditlər uzun müddətli olacaq:

"Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".

Yaxşı göstəriciləri olan tələbələrə təhsil krediti ilə bağlı güzəştlər olacaq

Yaxşı göstəriciləri olan tələbələrə Təhsil Tələbə Kredit Fondun tərəfindən güzəştlər olunacaq.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, kredit verilən zaman tələbələrin giriş balları da nəzərə alınacaq. Onun sözlərinə görə, tələbə yaxşı oxuyarsa və göstəriciləri yüksək olarsa, həmin tələbələrə güzəştlər tətbiq olunacaq, yəni faizində və ya əsas məbləğində müəyyən güzəştlər olunacaq.

Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.

Təhsil Tələbə Kredit Fondu öz hesabına təhsil alan tələbələrin ehtiyaclarını ödəyəcək - Nazir

Təhsil Tələbə Kredit Fondu öz hesabına təhsil alan tələbələrin ehtiyaclarını ödəyəcək.

Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bu Fond ali təhsilə əlçatanlığı artıracaq və eyni zamanda sosial həssas qruplara aid ailələrdən olan tələbələrin təhsil almasına daha geniş imkanlar yaradacaq.

Növbəti ildən daha çox tələbənin ali təhsil almasına imkan yaranacaq - Emin Əmrullayev

Təhsil Tələbə Kredit Fondunun yaradılması nəticəsində növbəti tədris ilindən daha çox tələbənin ali təhsil almasına imkan yaranacaq.

Təhsil Tələbə Kredit Fondu öz hesabına təhsil alt tələbələrin ehtiyaclarını ödəyəcək.

Nazir bildirib ki, tələbələr gələn ildən Fondun ikmanlarından yararlana biləcəklər.
 

.