“Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi - "CoronaVac" inaktiv üsulla hazırlandığından daha təhlükəsizdir”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, inaktiv üsulla hazırlanan vaksinlərlə biz uzun müddət peyvənd olunmuşuq: "Uzunmüddətli nəticələrlə bağlı məlumatlar da var. Təhlükəsizliyinə daha çox güvəndyimiz inaktiv üsulla hazırlanan vaksinlər bu gün çox geniş istifadə olunur. Qrip vaksinləri, quduzluq əleyhinə, hepatit əleyhinə vaksinlər”.
TƏBİB: Koronavirusa qarşı Rusiya vaksininin effektivliyinin 92%, ABŞ vaksininin 95%, Çinin hazırladığı vaksinin isə 95-97% effektiv olduğu açıqlanıb
“Rusiyada hazırlanan vaksinlərin effektivliyinin 92% olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, ABŞ-da hazırlanan vaksinin isə 95% effektiv olması ilə bağlı istehsalçı ölkədən məlumatlar verilib: “Hazır olan vaksinlərdən Pekində yerləşən “Sinovac Biotech” şirkətinin COVID-19 peyvəndi "CoronaVac" vaksinin ilkin nəticələrə görə 95-97% effektivliyinin olması açıqlanıb. Bu vaksin ənənəvi üsullarla hazırlanıb. Ənənəvi vaksinlərdən bəşəriyyət 100 ildən çoxdur ki, istifadə edir. İnfeksiyaya səbəb olan törədicilər iki üsulla zərərsizləşdirilir. Törədici mikroorqanizm qismən məhv edilir. İkincisi isə tam mikroorqanizmin öldürülməsidir. Vaksin bədənə inyeksiya ediləndə virusda zərərli maddəni zərərsizləşdirir”.
Ramin Bayramlı: "Tibb işçilərimiz pandemiya ilə mübarizəni davam etdirirlər"
“Dünyanın bir nömrəli gündəminə çevrilmiş pandemiya davam etməkdədir. Tibb işçilərimiz bu xəstəliklə ön xətdə mübarizə aparmağa davam edirlər”.
Bunu Operativ Qərargahın bu gün keçirilən birifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinib (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, həkimlərimiz 44 gün boyunca vətən müharibəsində də çalışmışlar: "Bu zaman şəhid olan həmkarlarımız var”.
TƏBİB: Xəstəliyin yayılmasının qarşısını radikal almağın yolu vaksinasiyadır
“İnfeksion xəstəlikləri başqa xəstəliklərdən fərqləndirən əsas cəhət onların törədici mikroorqanizmlər olmasıdır”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, dünyada əhalinin sayı artdıqca mikroorqanizmlərin xəstəlik törətmə qabiliyyəti arta bilir: ”COVİD-19 virusunu törədən mikroorqanizm əvvəllər təkcə heyvanlarda xəstəlik törədirdi. İndi artıq insanlarda da törədə bilir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün profilaktikadan istifadə edilir. Profilaktika 2 cür - spesifik və qeyri-spesifik olur. Xəstəliyin yayılmasının qarşısını radikal almağın yolu spesifik profilaktikadır. Bu, vaksinasiyadır. İnsan orqanizmi anticisimlər vasitəsilə antigenlərə qarşı hazırlanır. İkincisi isə, insan orqanizminin hüceyrələr sistemi də virusa qarşı mübarizə aparır. Bu, immun sistemi adlanır. Biz vaksin istifadə ediriksə, insan orqanizmində ya humoral, ya da hüceyrə immun cavabı yaranmalıdır”.
Ramin Bayramlı: "Bir insanın həyatını xilas etmək üçün bir neçə həyat təhlükə qarşısındadır"
“Ümumiyyətlə, viruslara hüceyrə demirik. Viruslar tikanabənər çıxıntılar vasitəsilə insan bədəninə bağlanırlar. SARS-Cov-2 virusu sünbülə bağlanan proteinlə insan orqanimzinə bağlanır”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, bu virus daha çox ağciyərə bağlanır: “Virus mutasiyaya uğrayaraq bağlana bildiyi üçün orqanizmimizdə xəstəlik törədə bilir. Virus protein təbəqədən azad olunandan sonra RNT hüceyrəyə daxil olur və bu, daha təhlükəli mərhələdir. COVİD-19 xəstəliyinin qarşısının alınması üçün birinci yol xəstəliyə qarşı müalicənin tapılmasıdır. Bu, hazırda mümkün deyil. Digər bir yol sərt karantin metodudur. Bu da çox bahalı yoldur. Ən doğru seçim vaksinasiyadır. Bunun üçün alimlər xəstəliyin ilk günlərindən çalışırlar. Vaksinlərin hazırlanması 3 mərhələdən ibarətdir. Vaksinlər çox əhəmiyyətlidir. Bəzən bir insanın həyatını xilas etmək üçün bu gün bir neçə həyat təhlükə qarşısındadır. Demək olar ki, dünyada bütün xəstələrin reanimasiyada görüntüsü eynidir”.
Ramin Bayramlı: “Koronavirusa yoluxma fevral ayından ölkədə artan dinamika ilə gedir”
“Koronavirusa yoluxma fevral ayından bəri ölkədə artan dinamika ilə gedir”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, ölkəmizdə xəstəxanaların strukturunun yaxşılaşması nəticəsində bu gün biz gündəlik 4000 yoluxmanın öhdəsindən gələ bilirik: “Amma bu, daimi deyil. Ona görə də gərək biz vaksinasiyaya başlayaq. Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən 7-si 3-cü mərhələdədir”.
.
