Bu gecə Tbilisidə keçirilən aksiyalardan sonra 50 nəfər saxlanılıb.

Bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, mitinqlərin keçirildiyi son 3 gündə ümumilikdə saxlanılanların sayı 200-ü ötüb.

Saxlanılanlar mərhələli şəkildə məhkəməyə çıxarılır.

Ötən gün Tbilisidə etiraz aksiyasında 44 nəfər xəsarət alıb

Ötən gün Tbilisidə keçirilən etiraz aksiyasında xəsarət alan 44 nəfər tibb müəssislərinə yerləşdirilib.

Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rustaveli prospektində keçirilən aksiyasında xəsarət almış 27 etirazçı, 1 media əməkdaşı və 16 polis tibb müəssisələrinə aparılıb.

Xəsarət alanların həyatı üçün təhlükə olmadığı, onların bəzilərinin xəstəxananı tərk etdiyi, bəzilərinin isə həkim nəzarətində saxlanıldığı qeyd edilib.

.