Polisin məlumatına görə, əgər partlayış 1 saat əvvəl törədilsəydi, ölənlərin sayı 200-dən çox ola bilərdi
Suriyanın paytaxtı Dəməşq yaxınlığında hökumət binasının partladılması nəticəsində 31 nəfər həlak olub. "Reuters" agentliyinin müxalifət mənbələrinə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı hərbçilərdir. Onlardan 4-nün general olduğu bildirilir. Partlayışın baş vermə anı həvəskar kameralar tərəfindən görüntülənib.
Partladılan bina ordunun nəqliyyat bazası olub. Polisin məlumatına görə, əgər partlayış 1 saat əvvəl törədilsəydi, ölənlərin sayı 200-dən çox ola bilərdi. Partlayışın törədildiyi ərazidən hələ də qara tüstü qalxmağa davam edir.
Terror aktına görə məsuliyyəti "Dəməşqin qalxanı" adlı üsyançı təşkilat öz üzərinə götürüb.

.